Please ensure Javascript is enabled for purposes of website accessibility Dəyərlərimiz

Dəyərlərimiz

Sizin Bankınızın Missiyası

 

Daima yeniləşən innovativ məhsul və xidmətlərini hər bir müştəriyə fərdi yanaşma prinsipi ilə yüksək peşəkarlıqla təqdim etməklə, onlarla uzunmüddətli əməkdaşlıq qurmaq və cəmiyyətin inkişafına tövhə verməkdir.

 

Korporativ dəyərlərimiz

 

Bütövlük - Bank müştərilərinə və digər bütün tərəfdaşlarına münasibətdə səmimi, dürüst, etibarlı və məsuliyyətlidir, ölkədə qəbul olunan ən qabaqcıl etik normalara riayət edir.

 

Müştəri məmnuniyyəti - Bankın fəaliyyəti müştəri məmnuniyyətinə əsaslanır və məqsədi onlarla uzunmüddətli tərəfdaşlıq əlaqələri qurmaqdır. Müştəri deyildikdə həm daxili, həm də xarici müştəri məmnuniyyəti başa düşülür.

 

Komanda əməkdaşlığı - Bankın işçi heyəti vahid komanda kimi fəaliyyət göstərir, onların qarşısında qoyulmuş hədəflərin birgə icrasını təmin edirlər.

 

Daimi inkişaf - Bank həm texnoloji proseslərin, həm də işçi heyətinin daimi inkişafına şərait yaradır, investisiyalar qoyur və son texnologiyaların tətbiqini təmin edir. Bank işçi heyətinin inkişafına xüsusi diqqət verir.

 

Nəticəyə yönlənmə - Bankın əməkdaşları öz fəaliyyətlərində nəticəyə yönlənir “İşi görmək” deyil, “konkret nəticə” prinsipi ilə işləyir, Bankın investorlarının aktivlərini qoruyub dəyərini artırırlar.

 

Qayğıkeşlik - Bank insan resurslarının idarə edilməsinin ən qabaqcıl metodları əsasında işçi məmnunluğunu təmin edir, “hər bir şəxsə nəticəyə görə” qiymət verir.

 

Ətraf mühitin qorunması - Bank və onun komandası fəaliyyətlərində ətraf mühiti qoruyur və xüsusən layihələrin maliyyələşdirilməsində ətraf mühit amilinə xüsusi önəm verir.

 

Çeviklik - Bank idarəetmənin bütün sahələrində operativliyi təmin edir, bazardakı dəyişikliklərə çevik reaksiya verir.

 

Şəffaflıq - Kommersiya və bank sirləri nəzərə alınmaqla, Bank fəaliyyətinin bütün sahələrində şəffaflığı əsas götürür.

 

Qənaətcillik - Bankın əməkdaşları onun aktivlərindən və resurslardan qənaətlə istifadə edir, israfçılığa yol vermir və bunu təbliğ edir.

 

Loyallıq - Bank öz əməkdaşlarına və müştərilərinə münasibətdə loyallığı qoruyur və bu loyallığı qarşılıqlı olması üçün ondan asılı olan bütün tədbirləri görür.

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.