Please ensure Javascript is enabled for purposes of website accessibility “Dərs Evi”-nin şagirdləri “AFB Bank”-ın qonağı oldu

“Dərs Evi”-nin şagirdləri “AFB Bank”-ın qonağı oldu

← Bütün xəbərlər
Tarix:

31 Jul, 2019

Baxış sayı:

4417 nəfər

          “AFB Bank”-da “Yaay!” proqramı çərçivəsində “Dərs Evi” tədris mərkəzinin şagirdləri ilə görüş təşkil edilib.

              Məktəblilərə peşə seçimində dəstək göstərmək məqsədi daşıyan proqramda iştirak edən 9-10-11-ci sinif şagirdləri “AFB Bank”-ın Baş ofisində Bankın əməliyyat, Müştəri xidmətləri bölmələrinin və Korporativ müştərilərlə iş şöbəsinin fəaliyyəti ilə yaxından tanış olublar.  

             Həmçinin Bankın Korporativ Bankçılıq Strukturunun direktoru Şakir Qurbanov şagirdlərlə görüşərək korporativ müştərilərə göstərilən xidmətlər və bu xidmətləri həyata keçirən işçilərin əmək fəaliyyəti barədə onları maraqlandıran sualları cavablandırıb.

              Ölkənin ən dinamik inkişaf edən banklarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Hazırda bank 11 filial və 5 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir. Bu xidmətləri barədə daha ətraflı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Tarix:

31 Jul, 2019

Baxış sayı:

4417 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.