Please ensure Javascript is enabled for purposes of website accessibility Vakansiya - Data analitik
Rəqəmsal bankçılıq

Data analitik

← Bütün vakansiyalar
Tarix:

26 Jul, 2025

İş qrafiki:

Şəhər:

Bakı

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

  • Ali təhsil (maliyyə, informasiya texnologiyaları və ya əlaqəli sahə üstünlük təşkil edir);
  • 1-3 il müvafiq sahədə iş təcrübəsi;
  • Analitik düşüncə və məlumatların təmizlənməsi, keyfiyyət yoxlanması üzrə bacarıqlar;
  • Məlumatların vizuallaşdırılması bacarığı (Power BI, Excel və digər analitik alətlər);
  • SQL və Python proqramlaşdırma dillərində bilik və təcrübə;
  • Proses yönümlü yanaşma və problemlərin həllində effektivlik;
  • Güclü kommunikasiya və komanda ilə əməkdaşlıq bacarığı;
  • Azərbaycan dilində əla səviyyədə danışıq ,İngilis və Rus dillərində səlis ünsiyyət bacarığı.

İŞİN TƏSVİRİ:

  • Verilənlərin toplanması, təhlili və təmizlənməsi üzrə işlərin həyata keçirilməsi; müxtəlif mənbələrdən əldə olunan məlumatların uyğun formatlara salınması və emal olunması;
  • SQL və Python vasitəsilə verilənlər üzərində sorğuların, analizlərin və avtomatlaşdırılmış skriptlərin hazırlanması;
  • Power BI v Python kitabxanaları ( Pandas, Matplotlib, Seaborn və. S) ilə dashboard və vizual hesabatların hazırlanması, rəhbərliyə və aidiyyəti şöbələrə təqdim olunması;
  • Məlumat keyfiyyətinin təmin olunması və məlumatlarda boşluq, təkrarlanma, uyğunsuzluq  kimi problemlərin aşkarlanaraq aradan qaldırılması;
  • Data Governance və Data Quality təşəbbüsərində iştirak; bankın məlumatların idarə olunması strategiyasına uğun hərəkət etmək;
  • Müştəri davranışları, məhsul performansı və əməliyyat göstəriciləri üzrə təhlillərin aparılması və nəticələrə əsaslanan tövsiyyələrin hazırlanması;
  • Departamentlərarası əməkdaşlıq çərçivəsində İT, risk, satış  və digər komandalarla işləyərək onların data tələblərinə dəstək göstərilməsi;
  • Verilənlərə əsaslanan qərarvermə proseslərinin gücləndirilməsi üçün analitik yanaşmanın təşkilat daxilində təşviq olunması.

 Uyğun namizədlərdən CV-lərini mövzu sətrində  Data Analitik” qeyd edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.

Vakansiya üçün müraciət edin

Rəqəmsal bankçılıq - Data analitik

Tarix:

26 Jul, 2025

Şəhər:

Bakı

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:
CV forması yüklə

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.