Please ensure Javascript is enabled for purposes of website accessibility Chatbot

Chatbot

Chatbot

 

Saytımızda sizi Bankımızın yeni chatbotu Aysel salamlayacaq. Aysel bizim yeni iş yoldaşımız, sizin isə virtual bələdçinizdir. Biz sizin saytda da vaxt itirməyinizi istəmirik. Aysel Bankımızın xidmət və məhsulları barədə sizə operativ şəkildə məlumat verəcək.

Fiziki şəxsləri Aysel kreditlər, kartlar, əmanətlər, pul köçürmələri və digər Bank məhsulları və xidmətləri barədə məlumatlandıracaq. Bizim fiziki şəxs müştərilərimiz Banka gəlmədən, Zəng mərkəzimizə zəng etmədən, vaxt itirmədən kredit məhsulları haqqında məlumat ala biləcək. Bizim müştərimiz biləcək ki, hansı kart məhsulunun hansı üstünlükləri var. Həmçinin, müştərimiz öyrənəcək ki, xaricə pul göndərmək hansı pul köçürmə sistemi ilə daha asandır. Bunların hamısını virtual iş yoldaşımız Aysel sizin üçün edəcək. Sadəcə Aysel ilə söhbət eləyib, "Salam" deməyiniz kifayətdir.

Həmçinin, Aysel hüquqi şəxslər üçün kreditlər, kartlar, əmanətlər və digər Tarif şərtlərini əzbər bilir. Hüquqi şəxsin təsisçisi və ya hüquqi şəxsin nümayəndəsi Ayselə korporativ kreditlər barədə sual versə ətraflı məlumat əldə edəcək. 

Aysel hər zaman sizi məlumatlandırmağa hazırdır.

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.