Please ensure Javascript is enabled for purposes of website accessibility Biznes üçün İnternet Bankçılıq

Biznes üçün İnternet Bankçılıq

Biznes üçün İnternet Bankçılıq

 

AFB Bank İnternet Bankçılıq platformasını yenilədi: korporativ müştərilər üçün daha sürətli və təhlükəsiz həllər

 

AFB Bank müştərilərinə daha müasir, təhlükəsiz və funksional xidmət təqdim etmək məqsədilə İnternet Bankçılıq platformasını yeniləyib. Yenilənmiş sistem istifadəçi təcrübəsini təkmilləşdirmək, gündəlik əməliyyatları sadələşdirmək və korporativ müştərilər üçün daha çevik bank xidmətləri təqdim etmək məqsədilə hazırlanıb.

 

Korporativ müştərilər üçün yeni funksiyalar bunlardır:

  • Şablon əməliyyatların idarə edilməsi
  • Sürətli pul köçürmələri
  • Toplu ödəniş imkanları
  • Əməkhaqqı layihələrinin daha rahat idarə olunması
  • Korporativ əməliyyat proseslərinin sadələşdirilməsi

 

Bu funksiyalar şirkətlərin gündəlik maliyyə əməliyyatlarını daha sürətli və rahat şəkildə həyata keçirməsinə imkan yaradır.