Bildiriş 16.02.2026-cı il
Tarix:
17 Feb, 2026
Baxış sayı:
31 nəfər
“AFB Bank” Açıq Səhmdar Cəmiyyəti
Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, Nəriman Nərimanov prospekti, 206
BİLDİRİŞ
(Səhmdarların Ümumi Yığıncağının növbəti iclasının çağırılmasına dair)
Bakı şəhəri 16.02.2026-cı il
SƏHMDARLARIN NƏZƏRİNƏ!
“AFB Bank” ASC-nin Müşahidə Şurası Səhmdarların Ümumi Yığıncağının növbəti iclasını çağırır.
İclas barədə məlumat
| |
İclasın tarixi | 03.04.2026-cı il |
İclasın vaxtı | Saat 10:00 |
İclasın keçiriləcəyi ünvan | Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, Nəriman Nərimanov prospekti, 206
|
İclasın gündəliyi | 1) Emitent “AFB Bank” ASC-nin 2025-ci il üzrə İllik İdarəetmə Hesabatının təsdiq edilməsi barədə 2) “AFB Bank” ASC-nin 31 dekabr 2025-ci il tarixinə bitən maliyyə ili üzrə kənar auditor tərəfindən təsdiqlənmiş Maliyyə Hesabatının Auditor Rəyi ilə birlikdə təsdiq edilməsi barədə 3) Digər məsələlər
|
Materiallarla tanış olma qaydası | Gündəlik üzrə materiallarla Bankın baş inzibati binasında (Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, Nəriman Nərimanov prospekti, 206), iclas tarixinədək iş günləri saat 09:00-dan 18:00-dək tanış ola bilərsiniz. |
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən Səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsi ilə həyata keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır.
“AFB Bank” ASC-nin
Müşahidə Şurası