Please ensure Javascript is enabled for purposes of website accessibility Balaca Bankirlər “AFB Bank”-da

Balaca Bankirlər “AFB Bank”-da

← Bütün xəbərlər
Tarix:

14 Aug, 2019

Baxış sayı:

4735 nəfər

       Dünyanın qabaqcıl şirkətləri arasında məşhur olan maraqlı sosial layihəyə imza atan “AFB Bank” iş gününün bir hissəsini uşaqlara həsr edib.

        Belə ki, “AFB Bank” –ın əməkdaşlarının övladlarına valideynlərinin iş yeri ilə tanış olmaq və bununla yanaşı, əyləncəli vaxt keçirmək fürsəti yaradılıb. “AFB Bank”-ın Müşahidə Şurasının Sədri Elnur Qurbanov və İdarə Heyəti Sədrinin müavini Natiq Namazov uşaqlarla görüşüb, daha sonra onlar bankın müxtəlif departamentlərinin iş prosesi ilə tanış olublar. Bankın Baş ofisində qısa gəzintidən sonra uşaqlar üçün əyləncəli proqram təşkil olunub.

         Ölkənin ən dinamik inkişaf edən banklarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Hazırda bank 11 filial və 5 şöbəsi ilə həm hüquqi həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir. Bu xidmətləri barədə daha ətraflı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Tarix:

14 Aug, 2019

Baxış sayı:

4735 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.