“Bahar müjdəsi” kampaniyasının müddəti uzadıldı
Tarix:
13 May, 2022
Baxış sayı:
2089 nəfər
“AFB Bank” “Bahar müjdəsi” kampaniyasının müddətinin uzadılması ilə bağlı qərar qəbul edib. 15 martdan etibarən davam edən kampaniya çərçivəsində cəmi 13,99 % illik faiz dərəcəsi ilə 48 ayadək müddətə nağd pul kreditini əldə etmək mümkün olacaq.
Qeyd edək ki, “Bahar müjdəsi” kampaniyasından 70 yaşadək rəsmi əməkhaqqı və təqaüd alan hər kəs yararlana bilər.
Maksimal məbləği 30 000 AZN-dək olan kredit komissiyasız və zaminsiz təqdim edilir.
“Bahar müjdəsi” kampaniyasından yararlanmaq üçün “AFB Bank”ın filial və şöbələrinə yaxınlaşaraq sifariş edə bilərsiniz.
Kampaniya ilə bağlı daha ətraflı məlumatı 1545 zəng mərkəzindən və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə etmək mümkündür.
Xatırladaq ki, ölkənin ən dinamik inkişaf edən banklarından olan “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlayıb. Hazırda bank 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir.