Azərbaycan Respublikasının Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanı
Tarix:
04 Mar, 2019
Baxış sayı:
5193 nəfər
Hörmətli müştərilər!
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına əsasən 2015-ci ildə baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan müəyyən məbləğədək kreditlərinin ödənilməsində üzləşdikləri maliyyə itkisinin qarşılanması üçün əlavə tədbirlərin həyata keçirilməsi qərara alınmışdır. Fərmandan irəli gələn tələblərin icrası, o cümlədən ödəniş ediləcək fiziki şəxslərin siyahısının hazırlanması, ödənişin ümumi məbləğinin və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğinin müəyyən edilməsi üçün Fərmanda 45 günədək müddət təyin edilmişdir. Bu dövr ərzində “AFB Bank” ASC Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə yuxarıda qeyd olunan tədbirləri həyata keçirərək, vəsaitlərin ödənilməsi qaydasını müəyyən edəcəkdir. Daha əvvəl qeyd olunan müddət ərzində Fərmanın qüvvəsi ilə əhatə olunan fiziki şəxslərə münasibətdə kreditlər üzrə ödənişlərin aparılması qaydaları tam hazır olanadək nəzərdə tutulmur. Bütün yeniliklər barədə əlavə məlumat veriləcəkdir.
Anlayışla qarşıladığınız üçün təşəkkür edirik.