Please ensure Javascript is enabled for purposes of website accessibility ATM-lərlə iş üzrə təlimat

ATM-lərlə iş üzrə təlimat

 

   - ATM vasitəsilə əməliyyat yerinə yetirmək istəyərkən, hər zaman çalışın Sizə tanış olan eyni ATM-dən istifadə edəsiniz. Sizin üçün yeni olan hər hansı bir bankomatdan istifadə etmək məcburiyyətində qaldıqda isə üzərində məxsus olduğu bankın logosunun yerləşdirilməsinə diqqət edin;

   - ATM-ə yaxınlaşmamışdan öncə ətrafınıza nəzər yetirin, yaxınlıqda hər hansı bir şübhəli şəxsin olduğunu zənn etdikdə, başqa ATM-dən istifadə edin;

   - ATM-ə yaxınlaşmamışdan öncə ödəniş kartını əlinizdə tutun.  ATM yaxınlığında, xüsusən insanların sıx olduğu məkanda Sizə aid olan əl çantasını açmayın;

  - ATM-dən istifadə etməzdən öncə onun xarici görünüşünə diqqət edin. Bankomata quraşdırılmış əlavə qurğu, naqil və ya tanış olmayan digər cihaz olduğunu aşkarladıqda həmin bankomatdan istifadə etməyin;

    - ATM-dən istifadə zamanı ödəniş kartınız əməliyyat bitdikdən sonra orada qaldıqda, və ya əməliyyat müddəti normadan artıq olduqda xüsusi diqqətli olun;

    - ATM-ə PİN-kodu ikinci şəxsin yanında daxil etməyin;

   - ATM vasitəsilə əməliyyat zamanı, başqa bir şəxsin Sizin fikrinizi yayındırmağına əsla icazə verməyin, əks halda bu Sizin ödəniş kartınızın və nağd pulunuzun dələduzlar tərəfindən oğurlanması ilə nəticələnə bilər;

   - ATM-dən nağd pul çıxarışı zamanı Sizdən arxa sırada duran şəxslərin PİN-kodunuzu necə daxil etməsini görməməsindən əmin olun;

   - ATM-ə mümkün olan ən yaxın məsafədə duraraq bir əlinizlə klaviaturanı  örtüb, digər əlinizin orta barmağı ilə PİN-kodu daxil etməyiniz daha məqsədəuyğundur;

   - PİN-kodu yalnız ATM-də “PİN Kod” sorğusu ekrana gəldikdə daxil edin;

   - ATM üzrə həyata keçirilən əməliyyatlar üzrə hər zaman  ATM-dən çıxan qəbzi saxlayın;

  - Əgər ATM-dən düzgün işləməməsindən şübhələnirsinizsə, dərhal  “İmtina”  düyməsini basaraq, ödəniş kartınızın geri qaytarılmasını tələb edin və yaxınlıqda yerləşən digər ATM-dən istifadə edin;

   - ATM-dən çıxarılan pul vəsaitini vaxtında götürün. Əks halda pul vəsaiti müəyyən edilmiş müddətdən sonra (məsələn: 30 saniyə) ATM-ə geri qaytarılır;

   - Əməliyyatın sonunda  ATM-dən əldə etdiyiniz nağd pulu və geri qaytarılmış ödəniş kartını ATM-dən ayrılmadan üzərinizdə olan əl çantasına yaxud digər təhlükəsiz yerə qoyun;

   - Hər zaman Sizə aid olan PİN-kodu yaddaşda saxlamaq məsləhətdir. PİN-kod ödəniş kartı üzərində və ya digər asanlıqla əldə oluna biləcək yerdə qeyd edilməməlidir. Əgər PİN-kod kağız üzərində saxlanılarsa, hər zaman ikinci şəxsin bilməsi ehtimalı vardır;

   - Heç bir halda PİN-kodu digər ikinci şəxsə (məsələn: valideyn, ailə üzvləri, dostlar və s) bildirməyin;

    - Əgər  bankınız Sizə PİN-kodunuzu dəyişmək imkanı verirsə, asan rəqəm ardıcıllığından ( məsələn: 1111, 1234 və s) istifadə etməyin və mütəmadi olaraq PİN kodunuzu dəyişin;

   - Banka müraciət edərək, ödəniş kartı vasitəsilə edilən gündəlik əməliyyatlara məhdudiyyət təyin edin;

   - Əgər hər hansı bir səbəbdən etdiyiniz əməliyyat məbləği,  tərəfinizdən müəyyən edilmiş məhdudiyyət həddini keçərsə, Sizin hər zaman banka zəng edib müraciət etmək hüququnuz vardır;

   - Əgər Bank, Sizə gündəlik ödəniş kart əməliyyatlarını real vaxt rejimində izləməyə imkan verən, “Mobile Banking”, “SMS Notification”, “Online Banking” xidmətlərini təqdim edirsə, mütləq istifadə edin;

   - Aylıq olaraq ödəniş kart hesabınızdan silinən əməliyyat məbləğlərinin  ATM və POS-terminal qəbzləri ilə doğru olub-olmadığını yoxlayın;

   - Ödəniş kartınızı nağd pullarınız kimi ehtiyyatlı yerdə saxlayın;

   - ATM vasitəsilə aparılan əməliyyat başa çatdıqda və ya dayandırıldıqda bankomat ödəniş kartını geri qaytarmırsa, bankomat üzərində əks olunmuş əlaqə nömrələri ilə 24 saat ərzində xidmət göstərən müvafiq xidmət mərkəzi ilə əlaqə saxlanılmalı və baş vermiş hadisə haqqında məlumat verin. Həmçinin ödəniş kartının arxa tərəfində əks olunan telefon nömrəsi vasitəsilə bankla əlaqə saxlaya bilərsiniz.

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.