AFB Tender elanı - “Windows Server 2022” və “SQL Server 2022 Standart Edition” lisenziyaları
Tarix:
01 Nov, 2023
Baxış sayı:
1508 nəfər
“AFB BANK” Açıq Səhmdar Cəmiyyəti
Tender elan edir
Tenderin adı: “AFB BANK” ASC tərəfindən “Windows Server 2022” və “SQL Server 2022 Standart Edition” lisenziyaların satın alınması.
Tenderin elan tarixi: 01.11.2023
Tenderin son tarixi : 25.11.2023
14.11.2023 tarixinə kimi tenderdə iştirak yazılı olaraq təsdiq edilməlidir.
25.11.2023 tarixinə kimi qiymət təklifləri göndərilməlidir.
Tenderdə iştirak etmək istəyən şirkətlərin xidmət göstərən sahə üzrə ən azı 3 (üç) il iş fəaliyyəti olması tələb olunur.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
- İddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
- İştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış
- Oxşar layihələrdəki iştirakı haqqında məlumat;
- tender təklifi 31.12.2023 tarixinə kimi qüvvədə olmalıdır;
Tenderdə iştirak etmək istəyən şirkətlər iştirak ərizəsini tələb edilən sənədlər ilə birlikdə 14.11.2023-cü il -tarixinə kimi poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) ünvanına Vüsal Mehdiyev adına göndərməlidir.Tenderdə iştirakı təsdiq edilən şirkətlərə ikinci mərhələdə əsas şərtlər toplusu və texniki tələblər göndəriləcək. Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə ( vusal.mehdiyev@afb.az ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 ) ilə əlaqə saxlaya bilərsiniz.