AFB Bankdan “Təhsil xərci” kampaniyası
Tarix:
02 Sep, 2019
Baxış sayı:
4477 nəfər
Azərbaycanın inkişafı, daha parlaq gələcəyi üçün əsas təməllərdən biri təhsildir. “Hər kəs üçün eyni” şüarı altında 10 ildən artıqdır ki, uğurlu fəaliyyət göstərən AFB bank, yeni tədris ilinin başlaması ilə əlaqədar artan xərcləri düşünərək “Təhsil xərci” kampaniyasını keçirir.
Kampaniya 02-20 sentyabr tarixlərində keçiriləcək və yalnız AFB Bank-da rəsmi əmək haqqı kartı olan deyil, hətta olmayan müştərilər üçün də komissiyasız və 2% endirimlə kreditlər rəsmiləşdiriləcək.
Qeyd edək ki, “Təhsil xərci” kampaniyasından ən azı 6 ay davamlı iş təcrübəsi olan işçilər yararlana bilərlər. İllik 18%-dən başlayan kreditin maksimum müddəti 48 aydır. Kampaniya çərçivəsində kredit qismində təqdim ediləcək maksimal məbləğ 15 000 manatdır. Təhsil müəssisəsindən heç bir sənəd tələb edilmir. Bu kampaniyadan rəsmi əmək haqqı kartı AFB Bankda olan və olmayan hər kəs yararlana bilər. Krediti istənilən şəxsi istehlak məqsədi üçün istifadə edə bilərsiniz.
Daha ətraflı məlumat üçün 1545 zəng mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.