AFB Bankdan nağd pul kreditinə endirim
Tarix:
15 Mar, 2022
Baxış sayı:
6821 nəfər
Sərfəli kampaniyaları ilə müştəriləri daim sevindirən “AFB Bank” “Bahar müjdəsi” kampaniyasına start verir.Kampaniya çərçivəsində cəmi 13,99% illik faiz dərəcəsi ilə 48 ayadək müddətə, 0% nağdlaşdırma komissiyası ilə nağd pul kreditini əldə etmək mümkündür. Kredit sığortasız şəkildə verilir və 30 000 AZN-dək məbləğə zamin tələb edilmir.Qeyd edək ki, “Bahar müjdəsi” kampaniyasından 70 yaşadək rəsmi əməkhaqqı və təqaüd alan hər kəs yararlana bilər.
AFB Bankın filial və şöbələrinə yaxınlaşmaqla və ya online müraciət etməklə kampaniyadan yararlanmaq mümkündür.
Kampaniya ilə bağlı daha ətraflı məlumatı 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.
Ölkənin ən dinamik inkişaf edən banklarından olan “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Hazırda bank 7 filial və 4 şöbəsi ilə həm hüquqi həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir.