Please ensure Javascript is enabled for purposes of website accessibility “AFB Bank” yeni mobil tətbiqini təqdim etdi

“AFB Bank” yeni mobil tətbiqini təqdim etdi

← Bütün xəbərlər
Tarix:

25 Aug, 2020

Baxış sayı:

8667 nəfər

           Hər zaman müştərilərinə innovativ Bank xidmətləri təqdim edən AFB Bank yeni Mobil tətbiqini təqdim etdi.

            AFB Bankın müştəriləri sadə şəkildə qeydiyyatdan keçməklə, mobil tətbiqi istifadə edə bilər. Qeydiyyatının asanlığı, istifadəsinin sadəliyi və müxtəlif funksionallıqları ilə fərqlənən yeni Mobil tətbiq ənənəvi bankçılıqda olan bir çox əməliyyatı məsafədən, sürətli və dərhal yerinə yetirməyə imkan verir. Artıq Bankın müştəriləri hesabları, kartları, kredit və depozitlərini banka gəlmədən asanlıqla idarə edə bilərlər. Həmçinin yeni Mobil tətbiq vasitəsilə kommunal ödəniş və köçürmələrin həyata keçirilməsi, konvertasiya əməliyyatlarının aparılması,  kart və digər hesablara köçürmələrin edilməsi, kredit ödənişlərinin həyata keçirilməsi, ödəniş şablonlarının yaradılması mümkündür. Fiziki şəxslər üçün hazırlanmış yeni Mobil tətbiqi Google Play Store və ya Apple App Store-dan mobil telefona yükləmək olar.

Mobil tətbiqi aşağıdakı linklərdən yükləmək mümkündür.

Play Store: https://play.google.com/store/apps/details?id=az.afbbank 

App Store:  https://apps.apple.com/az/app/afb-bank/id1501308969 

            Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

 

 

 

 

 

 

 

 

 

Tarix:

25 Aug, 2020

Baxış sayı:

8667 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.