Please ensure Javascript is enabled for purposes of website accessibility “AFB Bank” və “Qərbi Kaspi Universiteti”arasında əməkdaşlıq Memorandumu imzalandı!

“AFB Bank” və “Qərbi Kaspi Universiteti”arasında əməkdaşlıq Memorandumu imzalandı!

← Bütün xəbərlər
Tarix:

24 Sep, 2021

Baxış sayı:

2731 nəfər

           

“AFB Bank” və  “Qərbi Kaspi Universiteti”arasında  əməkdaşlıq Memorandumu imzalandı!

 

“AFB Bank” ASC və “Qərbi Kaspi Universiteti” arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Tərəflərin qarşılıqlı razılaşması əsasında universitetin yuxarı  kurs tələbələri  və məzunları “AFB Bank” ın Təcrübə proqramına qoşulacaq və burada  xüsusi istedadı ilə seçilən təcrübəçilər mövcud vakansiyalar üzrə işlə təmin olunacaqlar.

Burada məqsəd, cəmiyyətimizin gələcəyi olan savadlı və özünə güvənən gənclərin  nəzəri biliklərinə  praktik  biliklər əlavə etməklə onları əsl peşəkar kimi yetişdirməkdir.

 

Xatırladaq ki, Bankın Yay Təcrübə proqramında 40-a yaxın iştirakçı, ixtisasları üzrə bankın müxtəlif strukturlarında  təcrübə keçiblər. Yaxşı nəticə göstərən bir neçə nəfər təcrübəçi mövcud vakansiyalar üzrə bankımızda  işlə təmin olunublar.

 

Yeni Layihəsi çərçivəsində  “AFB Bank”,  yüksək peşəkarlığına və verdiyi təhsilin səviyyəsinə etibar etdiyi “Qərbi Kaspi Universiteti” ilə əməkdaşlıq etmək qərarına gəlib.

Bu, “AFB Bank”-ın “Təcrübə proqramı” çərçivəsində  reallaşdırdığı ilk  əməkdaşlıq proqramıdır və Bankımız , gələcəkdə də digər təhsil müəssisələri ilə bu tipli layihələri həyata keçirməyi planlaşdırır.

 

 Hazırda 7 filial və 4 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı rəsmi saytımızdan , 1545 Çağrı Mərkəzindən və ya Bankımızın  müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Tarix:

24 Sep, 2021

Baxış sayı:

2731 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:

Kart istifadəçiləri olan bank müştəriləri!

Bank hesabınızda olan pul vəsaitlərindən icazəsiz şəkildə istifadə edilməsinin qarşısını almaq üçün ödəniş kartınızın məlumatlarını digər şəxslərə və ya özünü bank əməkdaşı kimi təqdim edənlərə verməyin.