Please ensure Javascript is enabled for purposes of website accessibility AFB Bank tibb işçiləri üçün nağd pul krediti üzrə xüsusi kampaniya təqdim edir

AFB Bank tibb işçiləri üçün nağd pul krediti üzrə xüsusi kampaniya təqdim edir

← Bütün xəbərlər
Tarix:

26 Sep, 2025

Baxış sayı:

5 nəfər

AFB Bank tibb işçiləri üçün nağd pul krediti üzrə xüsusi kampaniya təqdim edir

Sağlamlığımızın keşiyində duran tibb işçilərinə dəstək olmaq məqsədilə AFB Bank “Nağd pul krediti” üzrə xüsusi kampaniya elan edir. Bu təşəbbüs sayəsində tibb sahəsində çalışan mütəxəssislər daha sərfəli və rahat şərtlərlə kredit əldə etmək imkanı qazanırlar.

 

Kampaniya çərçivəsində rəsmiləşdirilən kreditlər illik 10.5%-dən başlayan faiz dərəcəsi ilə təqdim olunur. Bundan əlavə, tibb işçilərinə xüsusi olaraq 3%-dək endirim tətbiq edilir. Bu şərtlər onların maliyyə yükünü yüngülləşdirərək daha əlçatan kredit imkanları yaradır.

 

Əlavə üstünlüklərdən biri isə kreditin tam başdan-başa onlayn şəkildə rəsmiləşdirilməsidir. Bu, tibb işçilərinə vaxt itkisi olmadan, banka gəlmədən və iş qrafikini pozmadan kredit əldə etməyə şərait yaradır. Hətta onlayn sifariş zamanı kredit tamamilə komissiyasız təqdim olunur. Beləliklə, tibb sahəsində çalışanlar həm sərfəli maliyyə dəstəyi qazanırlar, həm də vaxta qənaət edirlər.

 

Kampaniya 31.10.2025 tarixinə qədər davam edəcək. Müddət bitmədən kampaniyadan yararlanmaq üçün elə indi müraciət edin.

https://go.afb.az/pr-tibb

 

Bu kampaniya ilə bank yalnız kredit məhsulu təqdim etmir, həm də cəmiyyət üçün önəmli olan tibb işçilərinə təşəkkürünü ifadə edir. Onların gündəlik həyatını asanlaşdırmaq üçün uyğun maliyyə həlləri təqdim etməkdə davam edir.

 

AFB Bank bu il qəbul etdiyi “Transformasiya Strategiyası” çərçivəsində müştəri yönümlü həllərin genişləndirilməsinə, rəqəmsal məhsulların təkmilləşdirilməsinə, daha əlçatan maliyyə xidmətlərinin təqdim olunmasına və kampaniyaların həyata keçirilməsinə xüsusi önəm verir.

 

Tarix:

26 Sep, 2025

Baxış sayı:

5 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.