Please ensure Javascript is enabled for purposes of website accessibility “AFB Bank” tərəfindən aztəminatlı vətəndaşların biznesinə dəstək göstərilmişdir

“AFB Bank” tərəfindən aztəminatlı vətəndaşların biznesinə dəstək göstərilmişdir

← Bütün xəbərlər
Tarix:

20 Oct, 2023

Baxış sayı:

1348 nəfər

“AFB Bank”ın diqqət mərkəzində saxladığı sosial lahiyələrdən biri də Özünüməşğulluq Proqramıdır.

 

Bu proqram vasitəsilə 2023-cü ilin 1-ci mərhələsində 4 aztəminatlı vətəndaşa dəstək göstərilmişdir.

2-ci mərhələdə, “qadın gözəllik salonu zərfi” üzrə oktyabrın 4-ü və 5-i avadanlıqlarla təmin olunmuş vətəndaşlardan 2 nəfəri Bakı şəhəri sakinləri Səbinə Məhərrəmova və Aynur Ələkbərova, digər 2 nəfəri isə Sumqayıt şəhəri sakinləri Qənirə Əliyeva və Cəmilə Cabbarova olmuşdur.

 

Qeyd edək ki, 2023-cü il ərzində “AFB Bank” tərəfindən 8 aztəminatlı vətəndaşımıza bizneslərini qurmaq və inkişaf etdirmək üçün dəstək göstərilmişdir.

“AFB Bank” indiyədək Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, bir sıra regionlarda da fiziki məhdudiyyətli, şəhid, qazi və aztəminatlı ailələrdən olan şəxslərə bu istiqamətdə köməklik etmişdir.

 

Özünüməşğulluq Proqramının əsas məqsədi aztəminatlı ailələrə, eləcə də həssas əhali qrupundan olan vətəndaşlara kiçik ailə bizneslərinin təməlini qoymaq və ya mövcud bizneslərini inkişaf etdirmək üçün dəstək göstərməkdir. Onlar Özünüməşğulluq Proqramı çərçivəsində biznesləri üçün faydalı olacaq avadanlıq, mal, material və əmlakın digər növlərilə təmin olunurlar.

Özünüməşğulluq Proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanan Memoranduma əsasən həyata keçirilir.

 

Məlumat üçün bildirək ki, hər bir müştəriyə fərdi və diqqətli yanaşma prinsipi ilə fəaliyyət göstərən “AFB Bank” hazırda 7 filial, 4 şöbə ilə vətəndaşların xidmətindədir. Bankın göstərdiyi xidmətlər barədə daha ətraflı məlumatı 1545 zəng mərkəzindən və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə etmək mümkündür.

Tarix:

20 Oct, 2023

Baxış sayı:

1348 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.