AFB Bank tender elanı - Videomüşahidə
Tarix:
01 May, 2024
Baxış sayı:
3997 nəfər
“AFB BANK” Açıq Səhmdar Cəmiyyəti
TENDER ELAN EDİR
Tenderin adı: Bankomatlarda insidentlərin monitorinqi üzrə proqram təminatının alınması
Tenderin elan tarixi: 01.05.2024
Tenderin son tarixi : 14.05.2024
Texniki tələblər:
- Windows XP/7/10 əməliyyat sistemləri dəstəklənməlidir;
 - Rəqəmsal siqnalı dəstəkləməlidir;
 - Minimum iki kameranı dəstəkləməlidir;
 - JPEG, AVİ, MP4 formatında video və şəkilləri çəkilməli və yaddaşda saxlanılmalıdır;
 - Bankomat;n elektron jurnalı ilə inteqrasiya edilməlidir;
 - Şəkildə kart nömrəsinin son 4 rəqəmi və əməliyyatın baş vermə tarixi əks olunmalıdır;
 - Kameralarının onlayn monitorinqi və statusunu görmə imkanı olmalıdır;
 - Həyəcan siqnallı statusları elektron poçta göndərmək imkanı olmalıdır;
 - Məlumatlar mərkəzi serverdə saxlanılmalıdır;
 - Proqram təminatında təhlükəsizlik yeniləmələri dəstəklənməlidir;
 - Video, foto görüntülər minimum 6 ay saxlama imkanı olmalıdır;
 - Bütün əməliyyatlar loglanmalıdır ( uğurlu, uğursuz , saat , tarix və s. ) və minimum 6 ay saxlama imkanı olmalıdır
 - Proqram təminatında imtiyazli istifadəçilərə MFA funksiyasını tətbiq etmək imkanı olmalıdır;
 - Proqram təminatında baş verən bütün əməliyyatlar, əməliyyat detalları və verilənlərin şifrələnməsi dəstəklənməlidir;
 
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
 - İştirakçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
 - İştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış
 - tender təklifi 15.06.2024 tarixinə kimi qüvvədə olmalıdır;
 
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- Optimal qiymət təklifi;
 - Texniki göstəricilərə uyğunluq;
 - Sənədləşmənin tələb olunan qaydada təşkili;
 - Sifarişin vaxtında və düzgün qaydada icrası;
 
Tenderdə iştirak etmək istəyən şirkətlər qiymət təklifini tələb edilən sənədlər ilə birlikdə 14.05.2024-cü il tarixində saat 16:00-a kimi qapalı zərfdə (mühürlü) poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) ünvanına Vüsal Mehdiyev adına göndərməlidir. Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə ( vusal.mehdiyev@afb.az ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 ) ilə əlaqə saxlaya bilərsiniz.