“AFB Bank” Silahlı Qüvvələrin Yardım Fonduna 200 min manat yardım ayırdı

← Bütün xəbərlər
Tarix:

02 Oct, 2020

Baxış sayı:

203 nəfər

 

          Ölkənin aparıcı banklarından olan “AFB Bank” ASC Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ümumi olaraq 200 min manat vəsait köçürüb.

          Ölkəmizin cəbhə bölgəsində torpaqlarımızın azad olunması uğrunda gedən qızğın döyüşlərdə rəşadətli ordumuza dəstək olmaq məqsədi ilə “AFB Bank” ASC də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 200 000 manat vəsait köçürüb.

          Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Tarix:

02 Oct, 2020

Baxış sayı:

203 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala: