Please ensure Javascript is enabled for purposes of website accessibility “AFB Bank” özünüməşğulluq proqramına dəstək olmağa davam edir

“AFB Bank” özünüməşğulluq proqramına dəstək olmağa davam edir

← Bütün xəbərlər
Tarix:

27 Jul, 2022

Baxış sayı:

1731 nəfər

“AFB Bank” özünüməşğulluq proqramına dəstək olmağa davam edir

Ölkənin aparıcı banklarından olan “AFB Bank” ASC həssas əhali qruplarının özünüməşğulluq proqramı istiqamətində başladığı növbəti tədbiri uğurla başa vurub.

Özünüməşğulluq proqramı çərçivəsində daha bir vətəndaş – Bakı şəhər sakini Sahib Qasımov “AFB Bank” tərəfindən biznesinin inkişafı üçün “avtoyuma ” zərfi üzrə aktivlərlə təmin olunub.

Qeyd edək ki, Özünüməşğulluq Proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanan Memoranduma əsasən həyata keçirilir. Sosial proqramın şərtlərinə uyğun olaraq fərdi sahibkarlıqla məşğul olmaq istəyən və həssas əhali qrupuna aid olan vətəndaşlar istehsal və ya xidmət avadanlığı ilə təmin olunur. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.

“AFB Bank” bu tip sosial layihələrin həyata keçirilməsinin əhəmiyyətini anlayır və hər zaman sosial proqramlara xüsusi diqqət yetirir. Qeyd edək ki, Özünüməşğulluq layihəsi çərçivəsində “AFB Bank” indiyədək paytaxt Bakı ilə yanaşı ölkənin əksər regionlarında çox sayda işsiz, fiziki məhdudiyyətli, şəhid, qazi və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə aktivlər təqdim edib.

Xatırladaq ki, ölkənin ən dinamik inkişaf edən banklarından olan “AFBBANK” 2009-cu ildən  öz müştərilərinə xidmət göstərir. Hazırda bank 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini, bir-birindən sərfəli kampaniyalarını təklif edir.

Bankın məhsul və kampaniyaları  ilə bağlı daha ətraflı məlumatı 1545 zəng mərkəzindən və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə etmək mümkündür.

Tarix:

27 Jul, 2022

Baxış sayı:

1731 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.