“AFB Bank” özünüməşğulluq proqramına dəstək olmağa davam edir
Tarix:
07 Jul, 2022
Baxış sayı:
1905 nəfər
Ölkənin aparıcı banklarından olan “AFB Bank” ASC həssas əhali qruplarının özünüməşğulluq proqramı istiqamətində başladığı növbəti tədbiri uğurla başa vurub.
Özünüməşğulluq proqramı çərçivəsində daha bir vətəndaş – Tərtər rayon sakini Ruslan Hüseynov “AFB Bank” tərəfindən biznesinin inkişafı üçün “avtotəmizləmə ” zərfi üzrə aktivlərlə təmin olunub.
Qeyd edək ki, Özünüməşğulluq Proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanan Memoranduma əsasən həyata keçirilir. Sosial proqramın şərtlərinə uyğun olaraq fərdi sahibkarlıqla məşğul olmaq istəyən və həssas əhali qrupuna aid olan vətəndaşlar istehsal və ya xidmət avadanlığı ilə təmin olunur. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
“AFB Bank” bu tip sosial layihələrin həyata keçirilməsinin əhəmiyyətini anlayır və hər zaman sosial proqramlara xüsusi diqqət yetirir. Qeyd edək ki, Özünüməşğulluq layihəsi çərçivəsində “AFB Bank” indiyədək paytaxt Bakı ilə yanaşı ölkənin əksər regionlarında çox sayda işsiz, fiziki məhdudiyyətli, şəhid, qazi və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə aktivlər təqdim edib.
2009-cu ildə fəaliyyətə başlayan “AFB Bank” ASC 7 filial, 4 şöbə ilə vətəndaşların xidmətindədir. Bankın göstərdiyi xidmətlər barədə daha ətraflı məlumatı rəsmi sosial media hesablarından və ya 1545 Çağrı Mərkəzindən əldə edə bilərsiniz.