Please ensure Javascript is enabled for purposes of website accessibility "AFB Bank" Özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara dəstək olmağa davam edir!

"AFB Bank" Özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara dəstək olmağa davam edir!

← Bütün xəbərlər
Tarix:

01 Dec, 2021

Baxış sayı:

4605 nəfər

 

Ölkəmizdə davamlı olaraq sosial layihələr həyata keçirən “AFB Bank” ASC həssas əhali qruplarının özünüməşğulluğunun təşkili istiqamətində başladığı tədbirlərdən daha birini uğurla başa vurub!

Özünüməşğulluq proqramı çərçivəsində daha 2 vətəndaş İbrahim Heydərov və Nadir Hüşənov “AFB Bank” tərəfindən bizneslərinin inkişafı üçün Avtoyuma avadanlıqları ilə təmin olunublar.

Qeyd edək ki, Özünüməşğulluq Proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanan Memoranduma əsasən həyata keçirilir. Sosial proqramın şərtlərinə uyğun olaraq fərdi sahibkarlıqla məşğul olmaq istəyən və həssas qruplara aid olan vətəndaşlarımız istehsal və ya xidmət avadanlığı ilə təmin olunur. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmaqlarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.

“AFB Bank” bu tip sosial layihələrin həyata keçirilməsinin əhəmiyyətini anlayır və hər zaman sosial proqramlara xüsusi diqqət yetirir. Qeyd edək ki, Özünüməşğulluq layihəsi çərçivəsində AFB Bank indiyədək paytaxt Bakı ilə yanaşı ölkənin əksər regionlarında çox sayda işsiz, əlil, şəhid ailəsi, qazi və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə aktivlər təqdim edib.

AFB Bankın göstərdiyi xidmətlər barədə daha ətraflı məlumatı bankımızın sosial şəbəkələrdə olan səhifələrindən və ya 1545 Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Tarix:

01 Dec, 2021

Baxış sayı:

4605 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.