AFB Bank müştərilərinə güzəşt edir

← Bütün xəbərlər
Tarix:

25 Jun, 2020

Baxış sayı:

201 nəfər

       Hər zaman müştərilərinə dəstək göstərən, ölkənin aparıcı banklarından olan “AFB Bank” ASC koronavirus (COVİD-19) pandemiyasından zərər görmüş müştərilərinə güzəşt edir. 

       Bank gəlirləri koronavirus (COVİD-19) pandemiyasına görə gəlirləri azalmış müştərilərə güzəşt müddəti verəcək. Bunun üçün, güzəşt müddəti əldə etmək istəyən müştərilər Bankın saytında olan müvafiq formanı doldurmalıdırlar. Güzəşt müddəti əldə etmək üçün daxil olun: https://afb.az/az/covid/ 

       Həmçinin, Bank, müddəti cari ilin mart, aprel və may aylarında başa çatacaq ödəniş kartlarının istifadə müddətini 2020-ci ilin iyul ayına qədər uzatdı. Beləliklə, kartlarının istifadə müddəti cari ilin mart, aprel və may aylarında başa çatacaq müştərilərin banka gələrək kartlarının müddətini uzatmağa ehtiyac qalmamışdır. Müştərilər bu imkandan istifadə edərək kart vasitəsilə evdən onlayn sifarişlər edə bilər, habelə alış-verişlərini nağdsız olaraq kart vasitəsilə həyata keçirə biləcəklər.

       Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ qərargahının həyata keçirdiyi sosial izolyasiya tədbirləri çərçivəsində müştərilərin koronavirus pandemiyasından qorunması üçün AFB bank online xidmətlərini təklif edir. Banka gəlmədən İnternet bankinq xidmətləri, həmçinin kredit ödənişlərini MilliÖn ödəniş terminalı üzərindən həyata keçirə bilərsiniz.

       Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Tarix:

25 Jun, 2020

Baxış sayı:

201 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala: