AFB Bank İstiqrazları
AFB Bank investorlara yeni investisiya fürsəti təqdim edir. Bank tərəfindən ümumi həcmi 10 milyon ABŞ dolları təşkil edən istiqraz emissiyasının ilk tranşının yerləşdirilməsinə başlanılır.
İstiqrazların yerləşdirilməsi “ABB-İnvest” İnvestisiya Şirkəti tərəfindən həyata keçiriləcək. Emissiyanın ilk mərhələsində investorlara ümumi həcmi 5 milyon ABŞ dolları olan istiqrazlar təklif ediləcək.
İstiqrazların əsas şərtləri aşağıdakılardır:
• Emitent: AFB Bank ASC
• İstiqrazın növü: faizli, təminatsız, sənədsiz, adlı
• Nominal dəyəri: 100 ABŞ dolları
• Tədavül müddəti: 18 ay
• İllik gəlirlilik: 7.2%
• Faiz ödənişləri: rüblük
• Birinci tranşın həcmi: 5 milyon ABŞ dolları
AFB Bankın yeni istiqrazları vəsaitlərini ABŞ dollarında qiymətləndirmək istəyən investorlar üçün sabit gəlir əldə etmək imkanı yaradır. Rüblük faiz ödənişləri investorların gəlirlərini mütəmadi olaraq əldə etməsinə şərait yaradır.
İstiqrazların əldə edilməsi və yerləşdirmə prosesi ilə bağlı ətraflı məlumatı ABB-İnvest-in satış nöqtələrindən, rəsmi kommunikasiya kanallarından və ya AFB Bankın informasiya resurslarından əldə etmək mümkündür.