AFB Bank-ın Sahil filialı yeni ünvanda
Tarix:
09 Sep, 2019
Baxış sayı:
4798 nəfər
Müştərilərə göstərilən xidmət səviyyəsinin inkişafı istiqamətində hər zaman yeniliklər edən AFB Bank-ın Sahil filialı artıq yeni ünvanda fəaliyyət göstərəcək.
Müasir üslubda dizayn olunmuş Sahil filialı, vətəndaşlara hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və s. bank xidmətlərini təklif edir. Yenilənmiş filial həm fiziki, həm də hüquqi şəxslərə xidmət göstərməkdə davam edəcək.
“Yeni ünvana köçürülən Bankımızın Sahil filialı müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün zəruri şərait və imkanlarla təmin olunub. Hər kəsin bankı olmağı hədəfləyən və yeni inkişaf strategiyasını həyata keçirən bankımız yaxın gələcəkdə həm paytaxtda, həm də regionlarda yeni filiallarla vətəndaşları sevindirəcək.”, - deyə, AFB Bank-ın İdarə Heyətinin sədri v.i Aydın Hüseynov bildirib.
Qeyd edək ki, AFB Bank-ın Sahil filialı bazar ertəsi - cümə günü saat 9:30-dan 17:00-a kimi müştərilərin xidmətindədir. Ünvan: Nizami küçəsi 111.
Ölkənin ən dinamik inkişaf edən banklarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Hazırda bank 11 filial və 5 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir. Bu xidmətləri barədə daha ətraflı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.