Please ensure Javascript is enabled for purposes of website accessibility “AFB Bank”ın İdarə Heyətinə yeni sədr təyin edildi

“AFB Bank”ın İdarə Heyətinə yeni sədr təyin edildi

← Bütün xəbərlər
Tarix:

02 May, 2025

Baxış sayı:

159 nəfər

Amid Qənbərov “AFB Bank” ASC-nin İdarə Heyətinin sədri təyin edilib

 

“AFB Bank” ASC-nin Müşahidə Şurasının qərarı ilə Amid Qənbərov Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. O, 2024-cü ildən etibarən Bankın Müşahidə Şurasının müstəqil üzvü  də fəaliyyət göstərirdi.

 

Amid Qənbərov 3 iyul 1982-ci ildə Bakı şəhərində anadan olub. 2000–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə bakalavr təhsili alıb, 2004–2006-cı illərdə isə eyni universitetdə magistratura pilləsini tamamlayıb.

 

Peşəkar karyerasının böyük hissəsini “Bank of Baku” ASC-də keçirən Amid Qənbərov burada 19 ildən artıq müddətdə müxtəlif vəzifələrdə çalışıb. Bu illər ərzində filial müdiri və 2018-ci ilin oktyabr ayından etibarən Partnyorlarla iş və alternativ satış departamentinin direktoru kimi fəaliyyət göstərib.

 

Qeyd edək ki, “AFB Bank” 2008-ci ildən fəaliyyət göstərir və nizamnamə kapitalı 70.39 milyon manat təşkil edir. Bankın səhmlərinin 99.64%-i Hikmət Abuzər oğlu İsmayılova məxsusdur. H. İsmayılov eyni zamanda “Azsığorta” ASC-nin 100%-lik səhmdarı və “Bank of Baku” ASC-nin 31.11%-lik pay sahibidir. Digər səhmdarlar isə Cəmil Tahir oğlu Muradov (0.18%) və Toğrul Hacıyev Ülvi oğludur (0.18%).

Tarix:

02 May, 2025

Baxış sayı:

159 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.