Please ensure Javascript is enabled for purposes of website accessibility “AFB Bank” ilə “MİDA” MMC əməkdaşlıq müqaviləsi imzaladı

“AFB Bank” ilə “MİDA” MMC əməkdaşlıq müqaviləsi imzaladı

← Bütün xəbərlər
Tarix:

26 Jul, 2023

Baxış sayı:

1418 nəfər

“AFB Bank” ilə “MİDA” MMC əməkdaşlıq müqaviləsi imzaladı

Güzəştli şərtlərlə mənzil sahibi olmaq istəyən vətəndaşlar artıq bu prosesi “AFB Bank”a həvalə edə bilər. Belə ki, 25 iyul tarixində imzalanan müqaviləsi ilə “AFB Bank” da Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” MMC ilə əməkdaşlıq edən banklar siyahısına daxil olub.

Bu müqavilə “Güzəştli mənzil” sistemində qeydiyyatda olan şəxslərə “AFB Bank” vasitəsilə mənzil üçün ipoteka kreditindən faydalanmaq imkanı yaradır. Qeyd edək ki, güzəştli ipoteka kreditləri Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilir, “AFB Bank” isə bu prosesi daha rahat və şəffaf şəkildə idarə edərək vətəndaşlara mənzil sahibi olmaqda öz dəstəyini göstərir.

Məlumat üçün bildirək ki, ölkənin daima inkişaf edən banklarından olan “AFB Bank” həm hüquqi, həm də fiziki şəxslərə müxtəlif bank xidmətləri təqdim edir. Hazırda 7 filial və 4 şöbəsi ilə Bakıda, eləcə də Sumqayıt, Gəncə və Qəbələ şəhərlərində fəaliyyət göstərir.

Ətraflı məlumatı bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən və ya 1545 zəng mərkəzindən əldə etmək mümkündür.

Tarix:

26 Jul, 2023

Baxış sayı:

1418 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.