Please ensure Javascript is enabled for purposes of website accessibility "AFB Bank" I rüb üzrə 2,3 milyon manat xalis mənfəət əldə edib

"AFB Bank" I rüb üzrə 2,3 milyon manat xalis mənfəət əldə edib

← Bütün xəbərlər
Tarix:

17 Apr, 2025

Baxış sayı:

99 nəfər

"AFB Bank" I rüb üzrə 2,3 milyon manat xalis mənfəət əldə edib

Ölkənin qabaqcıl banklarından olan "AFB Bank" ASC 2025-ci ilin I rübünü 2,3 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 dəfə artım deməkdir.

 

Cari ilin I rübündə xalis faiz gəlirləri 4,4 milyon, qeyri-faiz gəlirləri isə 2 milyon manat təşkil edib.

Bank kapitalının gəlirliliyi əmsalı (ROE) 11,97% Aktivlərin gəlirliliyi əmsalı (ROA) isə 3,1% təşkil etmişdir.

 

Hazırda bankın məcmu kapitalının və I dərəcəli kapitalının adekvatlıq əmsalı Mərkəzi Bankın normalarından xeyli yüksəkdir. Məcmu kapitalın adekvatlıq əmsalı 34,77%, I dərəcəli kapitalın adekvatlıq əmsalı isə 32,85% təşkil edir.

Qeyd edək ki, I rübün yekunlarına əsasən, bankın məcmu kapitalı 77,41 milyon manat olaraq qeydiyyata alınmışdır.

 

Hazırda "AFB Bank" 11 xidmət nöqtəsi ilə həm hüquqi, həm də fiziki şəxslərə hər növ bank xidmətlərini təklif edir.

Tarix:

17 Apr, 2025

Baxış sayı:

99 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.