“AFB Bank”dan yeni Təhsil krediti məhsulu
Tarix:
15 Sep, 2020
Baxış sayı:
4609 nəfər
Ölkənin aparıcı banklarından olan “AFB Bank” ASC Təhsil haqqı ödənilməli olan tələbə, şagird və ya abiturientlərin 1-ci dərəcəli ailə üzvlərinin müraciəti əsasında Təhsil krediti məhsulunu təqdim etdi.
Təhsil krediti məhsulundan Dövlət və özəl sektora aid müəssisə və təşkilatlar, eləcə də publik hüquqi şəxslərdə çalışan vətəndaşlar faydalana bilərlər. Sifarişçinin əmək haqqı 800 AZN-dən çoxdursa əmək haqqı məbləğinin 7 mislinədək olan sifarişlərdə zamin tələb edilmir.
Müştərilərimiz kreditin məbləği 3000 AZN-dək olduqda zaminsiz, kredit məbləği 3 001 AZN-dən yuxarı olduqda isə 1 zamin təqdim edilməklə 12 ay müddətinə əldə edə bilərlər. Kreditin maksimal məbləği 10 000 AZN-dir.
Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.