AFB Bank dan tariflərə güzəşt
Tarix:
18 May, 2020
Baxış sayı:
3727 nəfər
Ölkənin aparıcı banklarından olan “AFB Bank” ASC hüquqi və fiziki şəxslərin milli valyutada olan banklararası köçürmələr üzrə tariflərə güzəşt edir
AFB Bank COVİD-19 pandemiyası dövründə nağdsız ödəniş xidmətlərinin stimullaşdırılması və iqtisadi subyektlərin bu xidmətlər üzrə xərclərinin azaldılması məqsədilə AZİPS (Real Vaxt Rejimində Hesablaşmalar Sistemi) və XÖHKS-də (Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi) banklararası köçürmələr üzrə xidmət haqqı 50%-ə dək aşağı salınmışdır. Müştərilərə göstərilən ödəniş xidmətləri üzrə tariflərin və sahibkarlıq subyektlərinin ödəniş kartları ilə ödənişlərinin qəbulu zamanı xərclərin aşağı salınması 30 Sentyabr tarixinədək davam edəcək. "AFB Bank"ın müştəriləri qeyd edilən tarixədək kağız daşıyıcı üzrə köçürmə etdikdə 40%, İnternet Bankçılıq platforması üzərindən köçürmə etdikdə isə 50% həcmində komissiya endirimi əldə edəcəklər.
Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.