Please ensure Javascript is enabled for purposes of website accessibility “AFB Bank”dan növbəti yenilik: “Apple Pay” xidməti aktivləşdi!

“AFB Bank”dan növbəti yenilik: “Apple Pay” xidməti aktivləşdi!

← Bütün xəbərlər
Tarix:

13 Jun, 2023

Baxış sayı:

715 nəfər

Təmassız ödənişlər hazırda bank kartları sahiblərinin ən geniş istifadə etdiyi texnoloji həllərdəndir və “AFB Bank” bununla bağlı ən son yenilikləri uğurla tətbiq edir. Belə ki, “Apple” cihazları olan “AFB Bank” müştəriləri 13 iyun 2023-cü il tarixindən etibarən “Apple Pay” xidmətindən istifadə edə bilərlər.

 

Təmassız ödənişləri karta ehtiyac olmadan rahat və sürətli şəkildə etməyə imkan verən yeni nəsil ödəniş üsulunu POS-terminallarda, alış-veriş saytlarında, mağazalarda, bir sözlə, təmassız ödənişin mümkün olduğu hər yerdə istifadə etmək olar. Müştərilər üçün vacib olan təhlükəsizlik də “Apple Pay”də yüksək səviyyədədir. Karta dair, eləcə də edilən əməliyyatlar barədə məlumatlar qorunur və 3-cü şəxslərə ötürülmür.

 

Xidməti aktivləşdirmək üçün kartınızı “AFB Bank”ın mobil tətbiqinə və ya “Apple Wallet” tətbiqinə əlavə etməyiniz lazımdır.

 

Qeyd edək ki, bankın bu və digər xidmətləri barədə ətraflı məlumatı bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən və ya 1545 zəng mərkəzindən əldə etmək mümkündür.

 

Daima inkişafda olan “AFB Bank” həm hüquqi, həm də fiziki şəxslərə müxtəlif bank xidmətləri - kredit, kartlar, əmanət, depozit, köçürmə və s. təqdim edir. Hazırda 7 filial və 4 şöbəsi ilə Bakıda, eləcə də Sumqayıt, Gəncə və Qəbələ şəhərlərində fəaliyyət göstərir.

Tarix:

13 Jun, 2023

Baxış sayı:

715 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.