Please ensure Javascript is enabled for purposes of website accessibility “AFB Bank”-dan “Müəllim” kampaniyası

“AFB Bank”-dan “Müəllim” kampaniyası

← Bütün xəbərlər
Tarix:

23 Sep, 2019

Baxış sayı:

3358 nəfər

        Müştərilərinə hər zaman sərfəli kampaniyalar ilə dəstək olan AFB Bank, bu dəfə xüsusi endirimli “Müəllim” kampaniyasına start verir. 5 Oktyabr Beynəlxalq müəllimlər gününə həsr edilmiş kampaniya 23 sentyabr-15 oktyabr tarixlərini əhatə edəcək.

           ”Hər kəs üçün eyni” şüarına sadiq qalan AFB Bankın “Müəllim” kampaniyasından dövlət və özəl ali təhsil müəssisələrində, eləcə də orta məktəbdə çalışan bütün müəlimlər yararlana bilər. Kampaniya rəsmi əmək haqqı kartı AFB Bank-da olan və olmayan bütün müəllimlərə şamil edilir. Kreditlər komissiyasız və 2% endirimlə rəsmiləşdiriləcək.

            Qeyd edək ki, “Müəllim” kampaniyasından ən azı 6 ay davamlı iş təcrübəsi olan vətəndaşlar yararlana bilərlər. İllik 18%-dən başlayan kreditin maksimum müddəti 48 aydır. Kampaniya çərçivəsində kredit qismində təqdim ediləcək maksimal məbləğ 15 000 manatdır.

              Daha ətraflı məlumat üçün 1545 zəng mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

           Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Tarix:

23 Sep, 2019

Baxış sayı:

3358 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.