Please ensure Javascript is enabled for purposes of website accessibility AFB BANK-dan Mövsümün Təklifi – Dekabr ayı boyunca davam edəcək

AFB BANK-dan Mövsümün Təklifi – Dekabr ayı boyunca davam edəcək

← Bütün xəbərlər
Tarix:

05 Dec, 2023

Baxış sayı:

1478 nəfər

AFB BANK-dan Mövsümün Təklifi – Dekabr ayı boyunca davam edəcək

Sərfəli şərtlərlə kredit götürmək istəyənlər üçün “AFB Bank”ın “Mövsümün təklifi” kampaniyası davam edir. Dekabr ayının sonunda yekunlaşacaq kampaniya çərçivəsində rəsmi əmək haqqı və ya təqaüd alan hər kəs kredit alarkən bir çox üstünlüklər əldə edir.

 

Əmək haqqını “AFB Bank”dan alan, dövlət və neft sektorunda işləyən, eləcə də təqaüdçü şəxslər minimal faiz həddindən yararlana bilirlər. İllik faiz dərəcəsi 11.99%-dən başlayaraq kredit sifariş etmək mümkündür.

Belə ki, “AFB Bank”dan ilk dəfə kredit sifariş edən müştərilər üçün komissiya olmayacaq. Yəni 3-48 aylıq müddətə kredit götürüldüyü halda nağdlaşdırma və ya digər hesaba köçürmə zamanı komissiya ödənilmir.

 

Bir-birini əvəz edən sərfəli təkliflərlə müştəriləri daima sevindirən “AFB Bank”ın bu kampaniyası və digər məhsulları barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə etmək olar. Həmçinin “AFB Bank” müştərilərə onlayn kredit xidməti də təqdim edir və bu xidmət vasitəsilə operativ şəkildə kredit almaq mümkündür.

 

Məlumat üçün qeyd edək ki, hər bir müştəriyə individual və diqqətli yanaşma prinsipi ilə fəaliyyət göstərən “AFB Bank” həm hüquqi, həm də fiziki şəxslərə müxtəlif bank xidmətləri təqdim edir. Hazırda 7 filial və 4 şöbəsi ilə Bakıda, eləcə də Sumqayıt, Gəncə və Qəbələ şəhərlərində fəaliyyət göstərir.

Tarix:

05 Dec, 2023

Baxış sayı:

1478 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.