“AFB Bank”-dan kiçik biznesə böyük dayaq
Tarix:
12 Jun, 2020
Baxış sayı:
3623 nəfər
Ölkənin aparıcı banklarından olan “AFB Bank” ASC kiçik biznes fəaliyyəti ilə məşğul olan müştərilərə Mikrokredit təklif edir.
COVİD-19 pandemiyası dövründə də AFB Bank müştərilərin maliyyə ehtiyaclarını qarşılamağa davam edir. Bank “kiçik biznesə böyük dayaq” sloqanı ilə 30 000 AZN-dək kreditlər təklif edir. 21%-dən başlayan Mikrokrediti Sənaye, istehsalat, xidmət, ticarət, tikinti, yükdaşıma, balıqçılıq və kənd təsərrüfatı sektorunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan müştərilər əldə edə bilərlər.
Məlumat üçün bildiririk ki, “AFB Bank” ASC-nin Fitch reytinqi B-dir və ölkə bankları arasında ən yüksək reytinqə malik 5 bankdan biridir. Həmçinin Bankın mənfəəti də artıb. Belə ki, Bankın bu ilin I rübünün mənfəəti ötən ilin eyni dövrünün mənfəətindən 23 dəfə çoxdur.
Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.