“AFB Bank”dan “Gömrük işçilərinə 50% endirim kampaniyası”
Tarix:
26 Jan, 2022
Baxış sayı:
4658 nəfər
Maliyyə bazarında xüsusi mövqeyə malik olan AFB Bank, “Gömrük işçilərinin peşə bayramı günü” və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi münasibətilə “Gömrük işçilərinə 50% endirim kampaniyası”na start verir.
26 Yanvar-1 Mart 2022-ci il tarixlərində AFB Bankdan kredit götürən Dövlət Gömrük Komitəsinin bütün əməkdaşları rəsmiləşdirmə komissiyasına 50% endirim əldə edəcəklər.
Kampaniya çərçivəsində gömrük əməkdaşlarına 30 000 AZN-dək kredit illik faiz dərəcəsinə 2% endirim tətbiq edilməklə veriləcək.
Müştərilər illik 14%-ə qədər endirilmiş krediti 48 aya qədər rahat ödəmə üstünlüyünü qazanacaqlar. Həmçinin, 30 000 AZN-dək krediti zaminsiz və sığorta haqqı tutulmadan, eyni zamanda növbəsiz və çevik rəsmiləşdirmə ilə əldə edəcəklər.
Bankın digər məhsul və xidmətləri barədə daha ətraflı məlumatı 1545 Çağrı Mərkəzinə zəng etməklə və ya Bankımızın rəsmi sosial şəbəkələrindən ala bilərsiniz.