Please ensure Javascript is enabled for purposes of website accessibility “AFB Bank”dan aztəminatlı 4 vətəndaşın biznesinə dəstək

“AFB Bank”dan aztəminatlı 4 vətəndaşın biznesinə dəstək

← Bütün xəbərlər
Tarix:

19 Jun, 2023

Baxış sayı:

1598 nəfər

“AFB Bank”ın diqqət mərkəzində saxladığı sosial layihələrdən biri də Özünüməşğulluq Proqramıdır. Bu proqram vasitəsilə aztəminatlı vətəndaşlara dəstəklər davam etdirilir.

2023-cü ilin əvvəlində “AFB Bank” tərəfindən 4 vətəndaşımıza “Avtotəmizləmə xidməti” biznesini qurmaq və inkişaf etdirmək üçün xüsusi avadanlıqlar təqdim olunub. Onlardan 2 nəfəri II Qarabağ müharibəsinin iştirakçıları Elnur Məmmədov və Gündüz Rəcəbov, digər 2 vətəndaşımız isə həssas əhali qrupundan Elvin Məmmədov və Natiq Verdiyevdir.

Qeyd edək ki, Özünüməşğulluq Proqramının əsas məqsədi aztəminatlı ailələrə, eləcə də həssas əhali qrupundan olan vətəndaşlara kiçik ailə bizneslərinin təməlini qoymaqda və ya mövcud bizneslərini inkişaf etdirməkdə köməklik etməkdir. Onlara biznesləri üçün faydalı olacaq avadanlıq, mal, material və digər əmlakın verilməsi kimi dəstəklər göstərilir.

“AFB Bank” indiyədək Bakı ilə yanaşı, bir sıra regionlarda fiziki məhdudiyyətli, şəhid, qazi və aztəminatlı ailələrdən olan şəxslərə bu istiqamətdə dəstəklər göstərib.

Özünüməşğulluq Proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanan Memoranduma əsasən həyata keçirilir.

Məlumat üçün bildirək ki, hər bir müştəriyə fərdi və diqqətli yanaşma prinsipi ilə fəaliyyət göstərən “AFB Bank” hazırda 7 filial, 4 şöbə ilə vətəndaşların xidmətindədir. Bankın göstərdiyi xidmətlər barədə daha ətraflı məlumatı 1545 zəng mərkəzindən və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə etmək mümkündür.

Tarix:

19 Jun, 2023

Baxış sayı:

1598 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.