Please ensure Javascript is enabled for purposes of website accessibility “AFB Bank”-dan 11 il münasibətilə möhtəşəm kampaniya

“AFB Bank”-dan 11 il münasibətilə möhtəşəm kampaniya

← Bütün xəbərlər
Tarix:

07 Feb, 2020

Baxış sayı:

3524 nəfər

          Azərbaycanın aparıcı banklarından olan “AFB Bank” 11 yaşı münasibətilə 1+1 kampaniyasına start verir. 

         10.02.2020 - 28.02.2020-ci il tarixlərini əhatə edəcək kampaniya çərçivəsində kredit götürən hər kəsə illik faiz dərəcəsi 15,5%-dan başlayaraq təqdim olunacaq.

       1+1 kampaniyasının şərtlərinə əsasən kreditlər 15000 AZN-dək zaminsiz rəsmiləşdiriləcək. Kreditin maksimum məbləği 20 000 AZN təşkil edir. Qeyd edək ki, 18 yaşdan başlayaraq ən azı davamlı 6 ay iş təcrübəsi və rəsmi gəliri olan hər kəs kredit üçün müraciət edə bilər.

         Daha ətraflı məlumat üçün 1545 zəng mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

         Ölkənin ən dinamik inkişaf edən banklarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Hazırda bank 11 filial və 5 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir. Bu xidmətləri barədə daha ətraflı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Tarix:

07 Feb, 2020

Baxış sayı:

3524 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.