Please ensure Javascript is enabled for purposes of website accessibility “AFB Bank”dan 1 milyon ağacın əkilməsinə dəstək

“AFB Bank”dan 1 milyon ağacın əkilməsinə dəstək

← Bütün xəbərlər
Tarix:

16 Mar, 2023

Baxış sayı:

1977 nəfər

“AFB Bank”dan 1 milyon ağacın əkilməsinə dəstək

Sağlam gələcək naminə atılan addımlara daima öz dəstəyini göstərən “AFB Bank” növbəti belə bir tədbirdə iştirak edib. Bankın rəhbərliyi və əməkdaşları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə 15 Martda Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyasına qatılıb.

 

Aksiya çərçivəsində 3 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 300-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib.

Məqsəd qarşıdakı 10 il ərzində hər il 100 000 (yüz min) ağac olmaqla, ümumilikdə 1 000 000 (bir milyon) ağacın əkilməsinə nail olmaqdır.

 

Kampaniya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Sığortaçılar Assosiasiyası, Mikromaliyyə Assosiasiyası, Fond Bazarı İştirakçıları Assosiasiyası və Fintex Assosiasiyası arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində həyata keçirilib.

 

Qey edək ki, ölkənin daima inkişaf edən banklarından biri olan “AFB Bank” ASC hazırda 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətləri təklif edir. Filial şəbəkəsi Bakı ilə yanaşı, Sumqayıt, Gəncə və Qəbələ şəhərlərini də əhatə edir.

 

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı afb.az saytından, sosial şəbəkələrdəki rəsmi səhifələrindən və ya 1545 zəng mərkəzindən əldə etmək mümkündür.

Tarix:

16 Mar, 2023

Baxış sayı:

1977 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.