Please ensure Javascript is enabled for purposes of website accessibility Vakansiya - AFB BANK-da təcrübə proqramı
Filial / Şöbə

AFB BANK-da təcrübə proqramı

← Bütün vakansiyalar
Tarix:

21 Dec, 2024

İş qrafiki:

Şəhər:

Bakı

 “AFB BANK” ASC  təcrübə proqramına start verir!

Layihə Cəmiyyətimizin gələcəyi olan savadlı və özünə güvənən gəncləri, Azərbaycanda və xarici ölkələrdə təhsil alan tələbələri “AFB Bank”-da dəyərləndirmək, potensiallı gənclərin komandamıza qatılmasına nail olmaq məqsədi daşıyır.

Layihə çərçivəsində 3 ay müddətində təcrübəçilər  Bankın fərqli, əsasən də müştəri xidməti strukturlarında təcrübə keçəcək, təcrübə müddətini uğurla başa vuran gənclərin hər birinə Bank tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə təqdim ediləcəkdir.

Qeyd edək ki, Təcrübə proqramının sonunda yaxşı nəticələr göstərən gənclərə mövcud vakansiyalar üzrə iş təklifi veriləcək.

Təcrübə proqramına kimlər müraciət edə bilər?                                                                                               

  • Məzunlar və magistratura pilləsi üzrə təhsil alanlar;
  • Gələcək karyerasını bank sektorunda qurmaq istəyən, yüksək analitik düşünmə qabiliyyətinə malik, öyrənməyə və özünü fasiləsiz olaraq inkişaf etdirməyə həvəsi olan gənclər.

 

 Proqrama qoşulmaq üçün aşağıdakı tələblərə uyğun namizədlərə üstünlük veriləcəkdir.

  • Ali təhsil;
  • MS Office proqramları ilə işləmək bacarığı;
  • Azərbaycan və rus dillərində səlis danışıq qabiliyyəti;
  • Ünsiyyətcil və özünü təqdim etmə bacarığına malik olma.

 

Təcrübəçilərə Bankda nəzəri təlimlər keçiriləcək, müxtəlif istiqamətlər üzrə məlumat veriləcək və gündəlik iş prosesində onların iştirakı təmin ediləcəkdir.

Siz də bizim komandaya qoşulmaq və bizimlə karyeranıza başlamaq istəyirsinizsə CV-lərinizin mövzu sətrində “Təcrübəçi” qeydi edərək cv@afb.az elektron ünvanına göndərə bilərsiniz.

 

Vakansiya üçün müraciət edin

Filial / Şöbə - AFB BANK-da təcrübə proqramı

Tarix:

21 Dec, 2024

Şəhər:

Bakı

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:
CV forması yüklə

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.