“AFB Bank”da növbəti Təcrübə proqramı başa çatdı!
Tarix:
12 Oct, 2021
Baxış sayı:
4580 nəfər
“AFB Bank”da növbəti Təcrübə proqramı başa çatdı!
“AFB Bank”ın Təcrübə proqramı layihəsi, cəmiyyətimizin gələcəyi olan savadlı və özünə güvənən gəncləri, Azərbaycanda və xarici ölkələrdə təhsil alan tələbələri dəyərləndirmək, potensiallı gənclərin “AFB Bank” komandasına qatılmasına nail olmaq məqsədi daşıyır.
“AFB Bank”da 3 ay davam edən təcrübə proqramında 40-a yaxın iştirakçı, ixtisasları üzrə bankın müxtəlif strukturlarında təcrübə keçmiş, sonda isə təcrübə müddətini uğurla başa vuran gənclərin hər biri xüsusi iştirakçı sertifikatları ilə mükafatlandırılmışdırlar.
Həmçinin, proqram müddətində yaxşı nəticə göstərən bir neçə nəfər təcrübəçi mövcud vakansiyalar üzrə bankımızda işlə təmin olundular. İdarə Heyətinin Sədri Orxan Xubanlının iştirakı ilə keçirilən tədbirdə, təcrübəçilərə gələcək karyera həyatlarında uğur arzulandı və xatirə şəkilləri çəkdirildi.
Siz də “AFB Bank”ın Yeni Təcrübə proqramına qoşulmaq və karyeranıza burada başlamaq istəyirsinizsə CV-lərinizin mövzu sətrində “Təcrübəçi” qeydi edərək cv@afb.az elektron ünvanına göndərə bilərsiniz.
Hazırda 7 filial və 4 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Bankın daim yenilənən məhsul və xidmətləri barədə daha ətraflı məlumatı, 1545 Çağrı Mərkəzinə zəng etməklə və ya Bankımızın rəsmi sosial şəbəkələrindən ala bilərsiniz.