Please ensure Javascript is enabled for purposes of website accessibility “AFB BANK” ASC Yanğından mühafizə sistemlərinin illik servisi ilə bağlı tender elan edir.

“AFB BANK” ASC Yanğından mühafizə sistemlərinin illik servisi ilə bağlı tender elan edir.

← Bütün xəbərlər
Tarix:

26 Jul, 2021

Baxış sayı:

5130 nəfər

 

 

“AFB BANK” ASC   Yanğından mühafizə sistemlərinin illik  servisi ilə

bağlı tender elan edir.

Təkliflər 31.07.2021 tarixində saat 17:30-a kimi qəbul edilir.

“AFB BANK” ASC potensial iddiaçıları aşağıda qeyd edilən xidmətlər üçün  öz təkliflərini təqdim etməyə dəvət edir.Təklifdə qiymətlər  Baş Ofis, filial və şöbələrdəki xidmətlər üzrə  ayrı-ayrı qeyd edilməlidir.Ünvanları  www.afb.az  saytından dəqiqləşdirə bilərsiniz.

 

 

  1. Baş ofis, filial və şöbələrdə yanğın siqnalizasiya sisteminin GSM modul ötürücü üzərindən monitor otağına ötürülməsi.
  2. Baş ofis, filial və şöbələrdə il ərzində 1 (bir) dəfə yanğın siqnalizasiya avadanlıqları yoxlanılmalı və texniki vəziyyətinə dair rəy verilməli.
  3. Baş ofis, filial və şöbələrdə aylıq servis xidməti.

 

 Filial və şöbələrdə istilik və tüstü detektorların sayı:

Baş ofis- 115 ədəd                                                

Mərkəz filial-64 ədəd

Sahil filialı-8 ədəd

Nərimanov filialı-28 ədəd

Sumqayıt filialı-43 ədəd

Gəncə filialı-17 ədəd

Qəbələ filialı-19 ədəd

1 saylı şöbə-10 ədəd

2 saylı şöbə-10 ədəd

3 saylı şöbə-7 ədəd

4 saylı şöbə-11 ədəd

 

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidir.

Tenderdə iştirak etmək üçün yazılı müraciət

VÖEN sürəti

Göstəriləcək xidmətlərlə bağlı müvafiq lisenziya

Bu sahədə əməkdaşlıq etdiyiniz təşkilatların siyahısı

  

 

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir.

Aşağı qiymət

Yüksək keyfiyyətli texniki xidmət

Texniki tələblərə uyğunluq

 

Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər bankın Baş ofisinə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466  ) qapalı zərfdə göndərilməlidir.İddiaçılar tenderdə iştirak etmək üçün 30 iyul 2021-ci il saat 18:00-dan gec olmayaraq e-mail vasitəsi ilə iştirakını təsdiq etməli  (Vusal.Mehdiyev@afb.az ünvanına mövzu hissəsində “TENDER –Yanğın siqnalizasiya sistemləri ” qeyd edərək) təşkilatın tam adı və rekvizitlərini qeyd etməlidir. Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə müraciət edə və yaxud (050) 290 10 66 (Vüsal Mehdiyev) ilə əlaqə saxlaya bilərsiniz.                                                                                                                                     

 

Ölkənin ən dinamik inkişaf edən banklarından olan AFB Bank ASC  7 filial və 4 şöbəsi ilə həm hüquqi , həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir. Bu xidmətlər barədə daha ətraflı məlumatı 1545 çağrı mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.                      

Tarix:

26 Jul, 2021

Baxış sayı:

5130 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.