"AFB Bank" ASC xəbərdaqlıq edir

← Bütün xəbərlər
Tarix:

09 Oct, 2020

Baxış sayı:

225 nəfər

            Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı şanlı ordumuzun apardığı gərgin və uğurlu əməliyyatlar aparması və uzun illərdən bəri düşmən tapdağında qalmış torpaqlarımızın yağı düşməndən azad olunması uğrunda gedən əməliyyatlar daha da gücləndiyi bir zamanda mənfur düşmənin ölkəmizə qarşı təxribatları davam etməkdədir.

            Belə ki, ölkə banklarımızın müştərilərinə həmin bankın rəhbər şəxsi və ya əməkdaşı adından guya bankın serverinin erməni xakerlərinin hücumuna məruz qaldığı səbəbindən bu bankdan depozitin dərhal geri cəkilməsinə dair mesajlar, elektron məktublar göndərilir.

            “AFB Bank” ASC müştərilərimizdən xahiş edilir ki, bu məzmunda olan məlumatlara əhəmiyyət verməsinlər və belə məlumat aldıqda mütləq şəkildə banka müraciət etsinlər. Müştərilərimiz 1545 nömrəsinə zəng edərək və ya info@afb.az email ünvanına müraciət edərək məlumat əldə edə bilərlər. 

Tarix:

09 Oct, 2020

Baxış sayı:

225 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala: