Please ensure Javascript is enabled for purposes of website accessibility “AFB BANK” ASC tərəfindən tender elanı - kompüter avadanlıqlarının satın alınması

“AFB BANK” ASC tərəfindən tender elanı - kompüter avadanlıqlarının satın alınması

← Bütün xəbərlər
Tarix:

30 Jan, 2023

Baxış sayı:

2165 nəfər

“AFB BANK” Açıq Səhmdar Cəmiyyəti

AÇIQ TENDER ELAN EDİR

Tenderin adı: “AFB BANK” ASC tərəfindən  kompüter  avadanlıqlarının satın alınması.

Tenderin elan tarixi: 30.01.2023

Tenderin son tarixi : 10.02.2023

Avadanlıqlar:

Brend: Hp və Lenovo

  1. 30 ədəd PC +monitor (dekstop) - Core i3, 8 GB DDR4 RAM, 256GB SSD
  2. 3 ədəd (PC) (monitorsuz) -Core i3, 8 GB DDR4 RAM, 256 GB SSD
  3. 4 ədəd Noutbuk  - Core i5, 12 GB DDR4 RAM, 256 GB SSD
  4. 1 ədəd Noutbuk  - Core i5, 16 GB DDR4 RAM, 256 GB SSD
  5. 7 ədəd Noutbuk  - Core i7, 16 GB DDR4 RAM, 512 GB SSD
  6. 10 ədəd Monitor HP 27 F (eyni model olmazsa alternativ təklifə baxılacaq)

 

Qeyd edilən saylar illik plana uyğun qeyd edilib. Avadanlıqların il sonuna kimi hissə hissə zərurət yarandıqca sifariş edilməsi planlaşdırılır.

 

Tenderdə iştirak etmək istəyən şirkətlərin xidmət göstərən sahə üzrə ən azı 3 (üç) il iş fəaliyyəti olması tələb olunur.

 

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

  • tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
  • İddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
  • Tender təklifi 30.12.2023 tarixinə kimi qüvvədə olmalıdır;

 

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:  

  • Optimal qiymət təklifi;
  • Avadanlıqların zəmanət müddəti;
  • Texniki göstəricilərə uyğunluq;
  • Sənədləşmənin tələb olunan qaydada təşkili;
  • Sifarişin vaxtında və düzgün qaydada icrası;

 

Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təklifdə ödəniş şərtləri, məhsulların təhvil müddəti və vergi şərtləri qeyd edilməlidir. Təkliflər 10.02.2023-cü il -tarixinə kimi  imzalanmış və möhürlənmiş  halda qapalı zərfdə  poçt vasitəsilə  (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466  ) ünvanına  Vüsal Mehdiyev adına göndərilməlidir. Yaranacaq suallarla bağlı  e-mail  vasitəsi ilə ( vusal.mehdiyev@afb.az  ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 )  ilə əlaqə saxlaya bilərsiniz.

Tarix:

30 Jan, 2023

Baxış sayı:

2165 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.