AFB BANK ASC tərəfindən DNS Təhlükəsizlik üzrə proqram təminatının satın alınması
Tarix:
29 Feb, 2024
Baxış sayı:
2847 nəfər
“AFB BANK” Açıq Səhmdar Cəmiyyəti
TENDER ELAN EDİR
Tenderin adı: “AFB BANK” ASC tərəfindən DNS Təhlükəsizlik üzrə proqram təminatının satın alınması.
Tenderin elan tarixi: 29.02.2024
Tenderin son tarixi : 19.03.2024
07.03.2024 tarixinə kimi tenderdə iştirak yazılı olaraq təsdiq edilməlidir.
19.03.2024 tarixinə kimi qiymət təklifləri göndərilməlidir.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
- İddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
- İştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış
- Oxşar layihələrdəki iştirakı haqqında məlumat;
- Şirkətin porqram təminatını Azərbaycanda inteqrasiya təcrübəsi olmalıdır;
- Şirkətin təklif olunan məhsul üzrə sertifikasiyadan keçmiş əməkdaşı olmalıdır;
- tender təklifi 31.04.2024 tarixinə kimi qüvvədə olmalıdır;
Tenderdə iştirak etmək istəyən şirkətlər iştirak ərizəsini tələb edilən sənədlər ilə birlikdə 07.03.2024-cü il -tarixində saat 17:00-a kimi poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) ünvanına Vüsal Mehdiyev adına göndərməlidir.Tenderdə iştirakı təsdiq edilən şirkətlərə ikinci mərhələdə əsas şərtlər toplusu və texniki tələblər göndəriləcək. Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə ( vusal.mehdiyev@afb.az ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 ) ilə əlaqə saxlaya bilərsiniz.