"AFB Bank" ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının növbədənkənar iclası keçiriləcək.
Tarix:
09 Dec, 2022
Baxış sayı:
1836 nəfər
“AFB Bank” Açıq Səhmdar Cəmiyyəti
Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, Nəriman Nərimanov prospekti, 206
BİLDİRİŞ
(Səhmdarların Ümumi Yığıncağının növbədənkənar iclasının çağırılmasına dair)
Bakı şəhəri 09.12.2022-ci il
SƏHMDARLARIN NƏZƏRİNƏ!
“AFB Bank” ASC-nin İdarə Heyəti Səhmdarların Ümumi Yığıncağının növbəti iclasını çağırır.
İclas barədə məlumat
| |
İclasın tarixi | 27.01.2023-cü il |
İclasın vaxtı | Saat 10:00 |
İclasın keçiriləcəyi ünvan | Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, Nəriman Nərimanov prospekti, 206
|
İclasın gündəliyi | 1) “AFB Bank” ASC-də 2022-2024-cü illər üçün Strateji Planı üzrə görülmüş tədbirlərə dair təqdimat
2) Digər məsələlər
|
Materiallarla tanış olma qaydası | Gündəlik üzrə materiallarla Bankın baş inzibati binasında (Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, Nəriman Nərimanov prospekti, 206), iclas tarixinədək iş günləri saat 09:00-dan 18:00-dək tanış ola bilərsiniz. |
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən Səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsi ilə həyata keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır.
“AFB Bank” ASC-nin
İdarə Heyəti