AFB Bank ASC-nin Idarə Heyətinin Sədri “Vətən Müharibəsi” iştirakçıları ilə görüşdü.
Tarix:
27 Jan, 2021
Baxış sayı:
5454 nəfər
AFB Bank ASC-nin Sədri Orxan Xubanlı və “Qarabağ Azərbaycandır!” şüarı altında Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə “Vətən müharibəsi”ndə iştirak etmiş AFB Bank ASC-nin əməkdaşları Fərman Süleymanlı, Nadir Babayev, Osman Bədəlov və Elmar Rəhimlini qəbul etdi.Görüş zamanı Orxan Xubanlı Bankın bütün əməkdaşları adından müharibə iştirakçılarına təşəkkürünü ifadə etdi: “Bankımızın Sizin kimi vətənpərvər və qəhrəman əməkdaşlarının olması bizi qürurlandırır. Sizinlə fəxr edir və Sizin timsalınızda bütün “Vətən Müharibəsi” iştirakçılarına öz təşəkkürümüzü bildiririk. Torpaqlarımızın azadlığı uğrunda həyatını fəda edən Şəhidlərimizə Allahdan rəhmət və ailələrinə, doğmalarına səbr diləyirik.”
Qeyd edək ki, ötən ilin Noyabr ayında AFB BANK ASC Şuşa filialının açılacağını elan etmişdi.
Hazırda 7 filial və 4 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.