AFB BANK ” ASC Kaspersky lisenziyalarının satın alınması ilə bağlı tender elan edir.
Tarix:
07 Jan, 2022
Baxış sayı:
5105 nəfər
Tenderin adı: “AFB BANK ” ASC tərəfindən 300 nəfərlik yeni Advanced versiyada Kaspersky lisenziyaların (mövcud lisenziyaların müddəti başa çatdığına görə) satın alınması.
Tenderin elan tarixi: 05.01.2022
Tenderin son tarixi : 12.01.2022
Satın alınacaq lisenziya: 300 nəfərlik yeni Advanced versiyada Kaspersky lisenziya
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
- tender təklifi 15.02.2022 tarixinə kimi qüvvədə olmalıdır;
Tenderdə iştirak etmək istəyən şirkətlərin Vusal.Mehdiyev@afb.az mail ünvanına yazılı müraciəti əsasında mövcud lisenziyalar haqqında texniki məlumatlar təqdim ediləcək.
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- Optimal qiymət təklifi;
- Texniki göstəricilərə uyğunluq;
- Sənədləşmənin tələb olunan qaydada təşkili;
- Sifarişin vaxtında və düzgün qaydada çatdırılması;
TTender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır.Təklifdə ödəniş şərtləri ,çatdırılma müddəti və vergi şərtləri qeyd edilməlidir. Təkliflər 12.01.2022-tarixinə kimi imzalanmış və möhürlənmiş halda qapalı zərfdə poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) ünvanına Vüsal Mehdiyev adına göndərilməlidir.Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə ( vüsal.mehdiyev@afb.az ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 ) ilə əlaqə saxlaya bilərsiniz.