“AFB Bank” ASC FİNTEX SAMMIT ONLAYN (MALİYYƏ VƏ TEXNOLOGİYALAR SƏRGİSİ) tədbirində iştirak edəcək

← Bütün xəbərlər
Tarix:

25 Jan, 2021

Baxış sayı:

202 nəfər

Ölkənin aparıcı banklarından olan “AFB Bank” ASC FİNTEX SAMMIT ONLAYN (MALİYYƏ VƏ TEXNOLOGİYALAR SƏRGİSİ) tədbirində iştirak edəcək. Tədbir VISA ilə 28-29 yanvar 2021-ci il tarixlərində “BANK VƏ ÖDƏNİŞ EKOSİSTEMİNDƏ YENİ TRENDLƏR: İNNOVATİV HƏLLLƏR, FİNTEXLƏR VƏ TƏHLÜKƏSİZLİK” mövzusunda keçiriləcək.

2 gün davam edəcək tədbir sektorun qabaqcıl təmsilçisi olan 100 şirkətin iştirakı, 60 məruzəçi və 10 paneldən ibarət olacaq. Panellərdə Malliyyə xidmətlərində gələcək risklər, Ödəniş ekosistemi: dəyişən vərdişlər, Kibertəhlükəsizlik, Blokçeyn və rəqəmsal aktivlər və s. kimi mövzular panellərdə müzakirə olunacaq.

 “AFB Bank” ASC virtual stendə yeni mobil əlavəsi və yeni saytın elektron bankçılıq və məsafədən həyata keçiriləck digər bank əməliyyatları imkanlarını nümayiş etdirəcək.

Qeydiyyatının asanlığı, istifadəsinin sadəliyi və müxtəlif funksionallıqları ilə fərqlənən “AFB Bank” ASC-nin Mobil tətbiqi ənənəvi bankçılıqda olan bir çox əməliyyatı məsafədən, sürətli və dərhal yerinə yetirməyə imkan verir. Bankın müştəriləri hesabları, kartları, kredit və depozitlərini banka gəlmədən asanlıqla idarə edə bilərlər. Həmçinin yeni Mobil tətbiq vasitəsilə kommunal ödəniş və köçürmələrin həyata keçirilməsi, konvertasiya əməliyyatlarının aparılması,  kart və digər hesablara köçürmələrin edilməsi, kredit ödənişlərinin həyata keçirilməsi, ödəniş şablonlarının yaradılması mümkündür. 

“AFB Bank” ASC-nin yeni saytı istifadəçi rahatlığı və istifadəçilər üçün geniş imkanların təmin edilməsini ilə seçilir. Yeni saytın təqdim etdiyi imkanlar müştərilər üçün bir sıra əməliyyatların aparılmasını daha əlçatan və sürətli edilməsini təmin edir.

Hazırda 7 filial və 4 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Tarix:

25 Jan, 2021

Baxış sayı:

202 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala: