“AFB Bank” ADA Universitetində təşkil edilən Karyera Sərgisində təmsil olunub

← Bütün xəbərlər
Tarix:

10 May, 2022

Baxış sayı:

1453 nəfər

 

ADA Universitetində “İstedadlarla karyera yolları arasında körpü” devizi altında 10-cu Karyera Sərgisi baş tutub. Sərgidə bir çox dövlət qurumları və şirkətlərlə yanaşı, “AFB Bank” da təmsil olunub.

Tədbirdə ADA Universitetinin 1500-ə yaxın tələbə və məzunu iştirak edib və onlar sərgidə nümayiş edilən şirkət və qurumların təqdim etdiyi iş imkanları barədə məlumatlandırılıblar. Həmçinin “AFB Bank” da öz növbəsində sərgi iştirakçılarına bankın fəaliyyət istiqamətləri, könüllü və təcrübə proqramları, işə qəbul qaydaları haqqında məlumat verib, gənclərin sualları cavablandırılıb və onlara korporativ hədiyyələr təqdim olunub.

Xatırladaq ki, sözügedən 10-cu Karyera Sərgisi aprelin 19-dan etibarən fəaliyyətə başlayan Karyera Hazırlığı Həftəsinin yekun tədbiri sayılır.

Bu Karyera Sərgisinin əsas məqsədi tələbə və məzunları bir araya toplamaq, gənc nəsli ölkəmizin əmək bazarındakı karyera imkanları ilə tanış etmək, onların şəbəkələşməsini və şirkətlərlə peşəkar əlaqələrinin qurulmasını təmin etməkdir.

Tarix:

10 May, 2022

Baxış sayı:

1453 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala: