“AFB BANK” Açıq Səhmdar Cəmiyyəti TENDER ELAN EDİR - SİEM
Tarix:
24 May, 2024
Baxış sayı:
4112 nəfər
“AFB BANK” Açıq Səhmdar Cəmiyyəti
TENDER ELAN EDİR
Tenderin adı: “AFB BANK” ASC tərəfindən informasiya təhlükəsizliyi hadisələri və hadisələrin idarə olunması sistemi üzrə proqram təminatının(SİEM) satın alınması
Tenderin elan tarixi: 24.05.2024
Tenderin son tarixi : 20.06.2024
04.06.2024-cü il tarixinə kimi tenderdə iştirak yazılı olaraq təsdiq edilməlidir.
20.06.2024-cü il tarixinə kimi qiymət təklifləri göndərilməlidir.
Proqram təminatına dair ümumi texniki tələblər:
- Real vaxt analizi, qrafik və hesabat funksiyaları, hadisələrinin izlənməsi, təhlili və idarəedilməsi xüsusiyyətləri;
- Məhsul müxtəlif vendor məhsulları ilə inteqrasiya edilə biləcək açıq standartlara uyğun olması;
- Müddətsiz (perpetual) lisenziya;
- Təklif olunan məhsulun texniki dəstək və təlim xidmətləri olmalı;
- Mövcud təhlükəsizlik sistemləri ilə (IDS/IPS, zərərli proqramlar əleyhinə, şəbəkə monitorinqi, və s.) inteqrasiyası mümkün olmalıdır;
- Tenderə təklif verən şirkətlərdən məhsulun təqdimatı və ya pilot testi tələb edilə bilər;
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
- İddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
- İştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış
- Daha əvvəl həyata keçirilmiş layihələr və istifadəçi referansları
- tender təklifi 31.12.2024 tarixinə kimi qüvvədə olmalıdır;
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- Optimal qiymət təklifi;
- Sənədləşmənin tələb olunan qaydada təşkili;
- Sifarişin vaxtında və düzgün qaydada icrası;
Tenderdə iştirak etmək istəyən şirkətlər iştirak ərizəsini tələb edilən sənədlər ilə birlikdə
04.06.2024-cü il -tarixinə kimi poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) ünvanına Vüsal Mehdiyev adına göndərməlidir.Tenderdə iştirakı təsdiq edilən şirkətlərə ikinci mərhələdə əsas şərtlər toplusu və texniki tələblər göndəriləcək. Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə ( vusal.mehdiyev@afb.az ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 ) ilə əlaqə saxlaya bilərsiniz.